Azərbaycan Basketbol Liqası: "Neftçi" "LANDAU Lions"la üz-üzə gəlir
Azərbaycan Basketbol Liqasının V turunda bu gün daha bir qarşılaşma keçiriləcək.
TodayPress TV xəbər verir ki, "Neftçi" "LANDAU Lions" komandası ilə üz-üzə gələcək.
Bakı İdman Sarayında keçiriləcək görüş saat 14:30-da başlayacaq.
Qeyd edək ki, turun ötən gün baş tutan oyununda "Ordu" "Naxçıvan"ı 84:76 hesabı ilə məğlub edib. V tura noyabrın 1-də yekun vurulacaq.