Varşavada gərginlik səngidi: Nazir açıqlama verdi

Varşavada gərginlik səngidi: Nazir açıqlama verdi
31.10.2026 12:00 Dünya

Polşanın ədliyyə naziri Valdemar Jurek Konstitusiya Məhkəməsinin binası qarşısında baş verən insidentlərdən sonra vəziyyətin sabitləşdiyini bildirib.

TodayPress TV xəbər verir ki, nazir "TVN24" telekanalına açıqlamasında prokurorluq və polisin hadisələrin daha da gərginləşməsinin qarşısını aldığını deyib.

Onun sözlərinə görə, məhkəmənin binasına daxil olan şəxslər ərazidən çıxarılıb və ya özləri oranı tərk ediblər.

Jurek hakimlərin qərarlarını inandırıcı hesab etdiyini və qanuni seçilmiş hakimlərin fəaliyyətə başlaması üçün hüquqi mexanizmlərdən istifadə edilməli olduğunu vurğulayıb.

Nazir Konstitusiya Məhkəməsinin ümumi iclasının keçirilməsini istədiyini də bildirib. Onun sözlərinə görə, iclasda büdcə və toxunulmazlıq məsələləri müzakirə oluna bilər.

Qeyd edək ki, Polşada Baş nazir Donald Tuskun keçmiş hökumət üzvü Maciej Bereki Konstitusiya Məhkəməsinə hakim təyin etməsi siyasi və hüquqi gərginliyə səbəb olub. Son həftələrdə məhkəmənin binası qarşısında etiraz aksiyaları keçirilir.

XƏBƏR LENTİ
31 OKTYABR 2026
Bütün Xəbərlər