Varşavada polis səfərbər oldu - VİDEO

Varşavada polis səfərbər oldu - VİDEO
31.10.2026 13:45 Dünya
Polşanın paytaxtı Varşavada, Konstitusiya Tribunalının binası ətrafında polis qüvvələrinin yerləşdirildiyini əks etdirən görüntülər yayılıb.

TodayPress TV yerli KİV-ə istinadən xəbər verir ki,  tribunalın ətrafına çoxsaylı polis əməkdaşları cəlb edilib.

Hüquq-mühafizə orqanları binanın yaxınlığında təhlükəsizliyi təmin etmək və ictimai asayişi qorumaq üçün tədbirlər görür.

Qeyd edək ki, Varşavada gərginlik Konstitusiya Tribunalının rəhbəri Boqdan Şvençkovskinin vəzifəsindən kənarlaşdırılması ətrafında yaranan mübahisədən sonra artıb.

Qərara etiraz edən şəxslər tribunalın qarşısında toplaşıblar.

Polisin məlumatına görə, insidentlər zamanı bəzi şəxslər tribunalın hasarını aşaraq əraziyə daxil olub, əməkdaşlara təhlükəli əşyalar atıblar.

Hadisə ilə əlaqədar üç nəfər saxlanılıb.

Polis binanın daxilində deyil, yalnız tribunalın xarici ərazisində fəaliyyət göstərdiyini bildirib.

Jalə Rövşən 

XƏBƏR LENTİ
31 OKTYABR 2026
Bütün Xəbərlər