PUA hücumu: AZAL təyyarəsi Bakıya uça bilmədi

PUA hücumu: AZAL təyyarəsi Bakıya uça bilmədi
31.10.2026 13:14 Gündəm

Oktyabrın 30-u axşam saatlarından 31-nə keçən gecə Moskvanın Şeremetyevo və Vnukovo, eləcə də Sankt-Peterburqun Pulkovo hava limanlarında uçuş cədvəlində ciddi dəyişikliklər edilib.

TodayPress TV  Lent.az-a istinadən xəbər verir ki, gecikmələr Dubay, Antalya, İstanbul, Soçi və Mərkəzi Asiya şəhərlərinə uçan sərnişinlərə təsir edib.

Gecikən reyslər arasında Azərbaycan Hava Yollarına (AZAL) məxsus J2 182 nömrəli reys də olub. Bakı istiqamətində həyata keçirilməli olan uçuş saat 13:45-ə təxirə salınıb.

Bundan başqa, “EgyptAir” aviaşirkətinin Şarm əş-Şeyx istiqamətindəki MS 728 nömrəli reysinin uçuş vaxtı saat 11:00-a keçirilib.

Bəzi reyslərin gecikməsi bir neçə saat davam edib, bir sıra uçuşlar isə tamamilə ləğv olunub.

XƏBƏR LENTİ
31 OKTYABR 2026
Bütün Xəbərlər