Böyük Dəbilqə: 3 cüdoçumuz mübarizəyə qoşulacaq

Böyük Dəbilqə: 3 cüdoçumuz mübarizəyə qoşulacaq
31.10.2026 12:30 İdman

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən "Böyük Dəbilqə" turnirinin son günündə Azərbaycanın daha 3 cüdoçusu mübarizəyə qoşulacaq.

TodayPress TV  xəbər verir ki, Uşanqi Kokauri və Camal Qamzatxanov (hər ikisi +100 kq) yarışa 1/8 final mərhələsindən start verəcəklər.

Qadınların yarışında isə eyni mərhələdə Mədinə Kaisinova (+78 kq) Özbəkistan təmsilçisi İrişxon Qurbanbayeva ilə qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycan cüdoçuları oktyabrın 29-da start verilən turnirdə indiyə qədər 4 mükafat qazanıblar. Balabəy Ağayev (60 kq) və Könül Əliyeva (48 kq) qızıl, Rəşad Yelkiyev (66 kq) və Hidayət Heydərov (73 kq) isə bürünc medal əldə ediblər.


XƏBƏR LENTİ
31 OKTYABR 2026
Bütün Xəbərlər