"Narıncılar" Hyustonda fırtına qopardı: İsveç 5 qolla darmadağın edildi!

"Narıncılar" Hyustonda fırtına qopardı: İsveç 5 qolla darmadağın edildi!
20.06.2026 23:20 İdman

Futbol üzrə dünya çempionatının Niderland - İsveç oyunu başa çatıb.

TodayPress TV xəbər veriri ki, Hyuston stadionunda keçirilən F qrupunun II turunun matçında Niderland millisi böyük hesabla qələbə qazanıb - 5:1.

Niderland millisinin heyətində Brayan Brobbi (5, 17) və Kodi Qakpo (47, 54) dubla imza atıblar. Daha bir qolu isə Krisensio Sammervill 89-cu dəqiqədə rəqib qapısından keçirib. İsveç yığmasının yeganə qolunu 59-cu dəqiqədə Entoni Elanqa vurub.

Beləliklə Niderland 4 xalla ilk pilləyə yüksəlib.

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər