Nadalın layiqli xələfi: 23 yaşlı ulduz kortlarda tarix yazır!
Böyük Dəbilqə turnirlərinin 7 qat çempionu, dünyanın 3-cü raketkası Karlos Alkaras karyerasının ən yaxşı qələbə seriyasını davam etdirir.
TodayPress TV xəbər verir ki, bu barədə "Opta Ace" statistika portalı məlumat yayıb.
Bildirilir ki, turnirin startında 23 yaş 117 günlük olan Alkaras, həmyerlisi Rafael Nadaldan (2008-ci il "US Open"də 22 yaş 83 günlüyündə) sonra “Böyük Dəbilqə”də ardıcıl 16 qələbə qazanan ən gənc ikinci tennisçi olub.
Onun bu uğurlu seriyası "US Open - 2025" turnirindəki çempionluğundan başlayıb.
Qeyd edək ki, ispaniyalı tennisçi "US Open - 2026" turnirinin ikinci mərhələsində Portuqaliya təmsilçisi Jayme Fariyanı 4:6, 6:0, 6:3, 6:2 hesabı ilə məğlub edərək üçüncü tura yüksəlib.
Namiq HUN