Mourinyo Qonsalo Qarsiyanı "Real"da saxlamaq istəyir
İspaniyanın "Real" komandasının baş məşqçisi Joze Mourinyo yay transfer dönəmində Qonsalo Qarsiyanın satılmasına qarşı çıxıb.
TodayPress TV xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.
Mütəxəssis 22 yaşlı futbolçunu 2026/2027 mövsümündə heyətdə görmək istəyir.
Xatırladaq ki, Qonsalo Qarsiya Madrid təmsilçisinin yetirməsidir. Hücumçu ötən mövsüm 39 oyunda 8 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.