Möhtəşəm vida: Messi son matçında şou göstərərək milli karyerasına nöqtə qoydu!
“İnter Mayami”nin hücumçusu və Argentina milli komandasının kapitanı Lionel Messi milli komandadakı karyerasını rəsmən başa vurub.
TodayPress TV xəbər verir ki, 39 yaşlı ulduz futbolçu vida matçına Beninə qarşı keçirilən yoldaşlıq oyununda çıxıb.
Buenos-Ayresdəki “Monumental Antonio Vespuççi Liberti” stadionunda təşkil olunan qarşılaşma argentinalıların 3:0 hesablı qələbəsi ilə başa çatıb. Messi bu qarşılaşmada bir qol vurub və iki məhsuldar ötürmə edib.
Qeyd edək ki, Lionel Messi Argentina millisində debütünü 2005-ci ilin avqustunda Macarıstana qarşı yoldaşlıq matçında (2:1) edib. O, milli komandanın heyətində keçirdiyi 208 oyunda 126 qol vurub və 70 məhsuldar ötürmə verib. Messi Argentina seçməsi ilə DÇ-2022-nin, iki dəfə Amerika Kubokunun (2021, 2024) və “Finalissima” turnirinin (2022) qalibi olub.
Namiq HUN