Bu gecə nə baş verəcək? 40 ballistik raket…

Bu gecə nə baş verəcək? 40 ballistik raket…
07.10.2026 00:40 Dünya

Rusiya qüvvələrinin gecə saatlarında Ukraynaya genişmiqyaslı raket hücumu hazırladığı iddia olunur.

TodayPress TV xəbər verir ki, INSIDER UA-nın yaydığı məlumata görə, 00:00-dan 03:00-dək Ukraynanın müxtəlif şəhərlərinə 40-a qədər ballistik raketin buraxılması planlaşdırılır.

Məlumata əsasən, bombardmançı təyyarələrdən qanadlı raketlərin buraxılışının isə gecə saat 03:00 radələrində həyata keçirilməsi gözlənilir.

Hücumun səhər saatlarına qədər davam edə biləcəyi bildirilir. İddialara görə, əsas hədəflər yarımstansiyalar, istilik-elektrik və istilik elektrik stansiyalarıdır. Xüsusilə Kiyev və Kiyev vilayətinə diqqət yetiriləcəyi qeyd olunur.

Kübra Musayeva

XƏBƏR LENTİ
07 OKTYABR 2026
Bütün Xəbərlər