Finlandiyada qasırğa elektrik enerjisinin topdansatış qiymətini aşağı saldı
Finlandiyada baş verən güclü qasırğa elektrik enerjisinin topdansatış qiymətinin kəskin ucuzlaşmasına səbəb olub, qiymət demək olar ki, sıfıra düşüb.
TodayPress TV xəbər verir ki, bu barədə informasiya "Nord Pool" enerji birjasının son statistik məlumatlarında əksin tapıb.
Birjanın məlumatına görə, güclü külək axınları külək turbinlərinin maksimum güclə işləməsinə səbəb olub. Nəticədə Finlandiyada külək enerjisinin istehsalı rekord həddə çatıb və bazarda enerji təklifi kəskin artıb.
Oktyabrın 6-da elektrik enerjisinin qiyməti 1 MVt/saat üçün 82 avro sentinə qədər düşüb. Halbuki sentyabrda eyni həcmdə elektrik enerjisi üçün təxminən 57 avro ödənilirdi.
Enerji profisiti Finlandiyadan elektrik enerjisi idxal edən qonşu Baltikyanı ölkələrə də təsir edib. Estoniyada topdansatış elektrik enerjisinin orta gündəlik qiyməti 1,97 avroya qədər enib.
Aysel Mətləb