Yarım milyonluq dərman yükü “Qırmızı Körpü”də ələ keçdi
Dövlət Gömrük
Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin, Bakı Baş Gömrük İdarəsinin və
Tovuz Gömrük İdarəsinin əməkdaşlarının birgə həyata keçirdikləri tədbirlər nəticəsində
ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən dərman vasitələri aşkarlanıb
TodayPress TV Komitəyə
istinadən xəbər verir ki, Gürcüstandan Azərbaycan Respublikasına gələn yük nəqliyyat
vasitəsi "Qırmızı Körpü" gömrük postunda saxlanılıb və nəqliyyat
vasitəsinə gömrük yoxlaması həyata keçirilib.
Gömrük
yoxlaması zamanı nəqliyyat vasitəsindən ölkə ərazisinə rəsmi idxal edilən dərman
vasitələrinin arasında gizlədilmiş, gömrük orqanına bəyan olunmayan ümumilikdə
82 adda dərman vasitəsi aşkar edilib. Aşkar olunan dərman vasitələrinin qiymətinin
507 min manat olduğu müəyyənləşdirilib. Faktla bağlı araşdırma aparılır.