Tarixin ən böyük sanksiya paketi gəlir: Aİ-nin "qara siyahı"sına kimlər?
Avropa İttifaqı (Aİ) nümayəndələri oktyabrın 7-də Rusiyanın təxminən 1650 fiziki və hüquqi şəxsinə qarşı sanksiyaları təsdiqləməlidir.
TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" Aİ diplomatlarına istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, siyahıya daxil ediləcək şəxslərin və qurumların əksəriyyəti Rusiyanın hərbi-sənaye kompleksi ilə əlaqəlidir.
"Reuters" yazır ki, bu, Ukraynada münaqişənin başlamasından bəri hazırlanmış ən böyük sanksiya siyahısı olacaq. Aİ səfirləri tərəfindən təsdiqləndikdən sonra siyahının oktyabrın 12-də yekun təsdiq üçün ittifaq ölkələrinin xarici işlər nazirlərinə təqdim edilməsi planlaşdırılır.
Məlumata görə, yeni siyahıya daxil ediləcək təxminən 1570 fiziki və hüquqi şəxs Rusiya hərbi-sənaye kompleksi ilə əlaqəlidir. Onların yarıdan çoxu raket istehsalı ilə məşğuldur.
Aysel Mətləb