İnsan DNT-sindəki milyon illik viruslar hamiləlikdə niyə oyanır?

İnsan DNT-sindəki milyon illik viruslar hamiləlikdə niyə oyanır?
07.10.2026 07:00 Sağlamlıq

Hamiləlik zamanı qadın orqanizmində milyonlarla il əvvəl insan DNT-sinə daxil olmuş qədim virusların fraqmentləri aktivləşir. Bu mexanizm böyüyən dölün oksigenlə təmin olunmasına və anemiyanın qarşısının alınmasına kömək edir.

TodayPress TV xəbər verir ki, bu barədə Perm Politex Universitetinin Ətraf Mühitin Mühafizəsi kafedrasının professoru, tibb elmləri doktoru Larisa Volkova bildirib.

Bildirilib ki, böyüyən dölün davamlı oksigen təminatına ehtiyacı var. Oksigeni eritrositlər, yəni qırmızı qan hüceyrələri daşıyır. Onların sayı dəyişməz qaldıqda toxumalarda oksigen çatışmazlığı yarana və anemiya inkişaf edə bilər. Bu isə dölün inkişafının ləngiməsinə və vaxtından əvvəl doğuş riskinə səbəb ola bilər.

Alimin sözlərinə görə, orqanizm bu vəziyyətə uyğunlaşmaq üçün fərqli mexanizmdən istifadə edir. İnsan DNT-sində milyonlarla il əvvəl məskunlaşmış qədim virus fraqmentləri hamiləlik zamanı aktivləşərək kök hüceyrələrin daha sürətlə bölünməsinə və eritrositlərə çevrilməsinə təsir göstərir. Nəticədə orqanizm daha çox qırmızı qan hüceyrəsi istehsal edə bilir.

Aysel Mətləb

XƏBƏR LENTİ
07 OKTYABR 2026
Bütün Xəbərlər