Azərbaycan cüdoçularından dünya çempionatında daha bir medal

Azərbaycan cüdoçularından dünya çempionatında daha bir medal
06.10.2026 18:48 İdman

Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb.

TodayPress TV xəbər verir ki, o bürünc medal uğrunda görüşdə braziliyalı Daniel Karnini məğlub edib.

Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Yarışın ilk günündə Azərbaycan millisinin üzvü Əhməd Yusifov (60 kq) qızıl medal qazanıb. Bu, Azərbaycan cüdo tarixində böyüklər arasında dünya çempionatlarında qazanılan dördüncü qızıl medal, 60 kq çəki dərəcəsində isə ilk dünya çempionluğudur.

XƏBƏR LENTİ
06 OKTYABR 2026
Bütün Xəbərlər