Rusiya Ukraynaya kütləvi zərbələr endirdi: Ölənlər var - VİDEO

Rusiya Ukraynaya kütləvi zərbələr endirdi: Ölənlər var - VİDEO
07.10.2026 08:50 Dünya

Rusiya Ukraynaya kütləvi raket zərbələri endirib.

TodayPress TV xəbər verir ki, Ukrayna mənbələrinin yaydığı məlumata görə, Kiyevin 4 rayonunda partlayışlar baş verib, 2 nəfər ölüb.

Zərbələr nəticəsində anbarların vurulduğu, həmçinin Tripolskaya istilik elektrik stansiyası (İES) və Kremençuk su-elektrik stansiyasının (SES) də hədəf alındığı bildirilir.

Çerniqov vilayətinin Priluki şəhərində raket 5 mərtəbəli yaşayış binasına düşüb. Dağıntılar altında insanların olduğu qeyd edilir.

Kremençuk şəhərində də yaşayış massivinə zərbə endirildiyi barədə məlumat yayılıb.

Bundan başqa, Dnepr şəhərinin də raket hücumuna məruz qaldığı bildirilir.

Məlumatlar ilkin xarakter daşıyır və hadisələrin nəticələri ilə bağlı rəqəmlər dəyişə bilər.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
07 OKTYABR 2026
Bütün Xəbərlər