Ronaldu karyerası ilə bağlı son nöqtəni qoydu - Gedir, yoxsa qalır?

Ronaldu karyerası ilə bağlı son nöqtəni qoydu - Gedir, yoxsa qalır?
06.10.2026 23:23 İdman

Portuqaliyalı futbolçu Kriştianu Ronaldu milli komandadakı karyerasını başa çatdırmamaq qərarına gəlib.

TodayPress TV xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano sosial şəbəkə hesablarında məlumat yayıb.

Bildirilib ki, Ronaldu noyabrda keçiriləcək oyunlar üçün Portuqaliya millisinin heyətinə dəvət oluna bilər. Portuqaliya noyabrın 14-də evdə Danimarka, 17-də isə səfərdə Uelslə qarşılaşacaq. Hər iki oyun Millətlər Liqası çərçivəsində keçiriləcək.

Aysel Mətləb

XƏBƏR LENTİ
07 OKTYABR 2026
Bütün Xəbərlər