Azərbaycanın U-21 millisindən Cəbəllütariq üzərində inamlı qələbə
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində son matçını keçirib.
TodayPress TV xəbər verir ki, Rəşad Eyubovun baş məşçqisi olduğu komanda Bakıda Cəbəllütariq millisi ilə üz-üzə gəlib.
B qrupunun "Bank Respublika Arena"da gerçəkləşən görüşü U-21 yığmamızın inamlı qələbəsi ilə yekunlaşıb - 3:0. Qolları Nihat Əhmədzadə (8), Ağadadaş Salyanski (43, 51) vurublar.
Qeyd edək ki, U-21 qrupda 6 komanda arasında 10 xalla 5-ci olub.