Tanker vuruldu, ekipaj qaçırıldı - Təhlükəli ANLAR

Tanker vuruldu, ekipaj qaçırıldı - Təhlükəli ANLAR
07.10.2026 00:30 Dünya

Panama bayrağı altında üzən “On Peace” ticarət gəmisinin 10 ekipaj üzvü Oman sahillərində baş verən hücumdan sonra təxliyə edilib.

TodayPress TV “Interfaks”a istinadən xəbər verir ki, bu barədə Oman Kral Hərbi Hava Qüvvələri məlumat yayıb.

Bildirilib ki, gəmi Limah şəhərindən 9 dəniz mili şimal-şərqdə hücuma məruz qalıb və zərbə nəticəsində gəmidə yanğın baş verib.

Təxliyə edilən ekipaj üzvləri helikopterlə xəstəxanaya çatdırılıb və onlara tibbi yardım göstərilib. Onların vəziyyəti barədə məlumat açıqlanmayıb.

Qeyd edək ki, daha əvvəl Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi Hörmüz boğazından keçən neft tankerinə naməlum mərmi ilə hücum edildiyini açıqlamışdı.

Gültac Mehdizadə

XƏBƏR LENTİ
07 OKTYABR 2026
Bütün Xəbərlər