Azərbaycanda 4010 nəfər itkin kimi qeydiyyatdadır - Əli Nağıyev

Azərbaycanda 4010 nəfər itkin kimi qeydiyyatdadır - Əli Nağıyev
07.10.2026 10:14 Siyasət

Hazırda Azərbaycanın itkin düşən şəxslərinin sayı 4010 nəfərdir.

TodayPressTV xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev İtkin düşmüş şəxslər üzrə "Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans"da deyib.

Onun sözlərinə görə, həmin şəxslərdən 4004 nəfəri Birinci Qarabağ, 6-sı isə İkinci Qarabağ müharibəsində itkin düşüblər.

DTX rəisi həmçinin bildirib ki, İkinci Qarabağ müharibəsindən sonra azad edilmiş ərazilərdən 32 kütləvi məzarlıq aşkarlanıb:

"Həmin məzarlıqlardan 253 nəfərin meyiti qalıqları ekshumasiya edilib".

TodayPress TV


 

XƏBƏR LENTİ
07 OKTYABR 2026
Bütün Xəbərlər