Almaniyanı Putinin hədəfinə çevirirlər - Vaydel

Almaniyanı Putinin  hədəfinə çevirirlər - Vaydel
07.10.2026 09:27 Dünya

Almaniyanın AfD lideri Alis Vaydel kansler Fridrix Mertsin Ukrayna siyasətini sərt tənqid edib.

TodayPress TV xəbər verir ki, Vaydel Ukraynadakı müharibənin mümkün qədər tez başa çatdırılmasının vacib olduğunu bildirib və tərəfləri danışıqlara çağırıb.

“Ukraynadakı döyüşlərə son qoymaq üçün xahiş edirəm, ukraynalılarla, ruslarla və amerikalılarla bir masa arxasına oturun. Rusiya tərəfindən qanunsuz olaraq başlayan Ukrayna müharibəsi – biz də bunu həmişə deyirik – mümkün qədər tez bir zamanda başa çatmalıdır”, – deyə Vaydel bildirib.

AfD lideri Rusiya və Ukraynanın qarşılıqlı olaraq neft emalı zavodlarına zərbələr endirməsini də tənqid edib:

“Rusiya və Ukrayna bir-birinin neft emalı zavodlarını dağıdır və bu, dizel yanacağının qiymətlərində də görünür. Burada da Donald Trampı dinləməli idilər. Həftələr əvvəl o, artıq demişdi: xahiş edirəm, vacib enerji mənbələrinin məhv edilməsini dayandırın”.

O, Almaniya hökumətinin Ukraynaya maliyyə yardımını da tənqid edib. Vaydel Mertsin Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündən sonra əlavə maliyyə vədləri verdiyini bildirib.

“Almaniya kansleri qatardan düşdükdən sonra Kiyevdə mətbuat konfransı keçirir və Ukrayna prezidentinə alman vergi ödəyicilərinin pulundan milyardlarla dollar əlavə vəd edir. Təkcə Almaniya artıq Ukraynaya 100 milyard avro yatırıb. Siz bunu edə bilməzsiniz”, – deyə AfD lideri vurğulayıb.

Vaydel, həmçinin Mertsin  Almaniyanı Rusiya üçün hədəfə çevirdiyini və buna dərhal son qoyulmalı olduğunu deyib. 

Jalə Rövşən 

XƏBƏR LENTİ
07 OKTYABR 2026
Bütün Xəbərlər