Dördüncü günün sınağı: Millimiz Bakıda növbəti qələbələr peşində!

Dördüncü günün sınağı: Millimiz Bakıda növbəti qələbələr peşində!
07.10.2026 08:24 İdman

Azərbaycanın daha dörd cüdoçusu Bakıda keçirilən dünya çempionatında bu gün mübarizəyə başlayacaq.

TodayPress TV xəbər verir ki, yarışın dördüncü günündə Hanna Zaytseva (63 kq), Vüsal Qələndərzadə, Zelim Tçkayev və Ömər Rəcəbli (hər üçü 81 kq) tatamiyə çıxacaq.

Hanna Zaytseva 1/16 finalda Pey Çun Yuan (Çin Taypeyi) və Anna Kriza (Macarıstan) cütünün qalibi ilə qarşılaşacaq.

Vüsal Qələndərzadə 1/32 final mərhələsində Bolqarıstan idmançısı Hristo Valkovla üz-üzə gələcək.

Zelim Tçkayev yarışa 1/16 finaldan qoşulacaq və Timoti Meuvsen (Cənubi Afrika Respublikası) - Viktor Sterpu (Moldova) cütünün qalibi ilə qarşılaşacaq.

Ömər Rəcəbli də mübarizəyə 1/16 finaldan başlayacaq və Sibqatullah Arab (IRT) - Mahamadu Dukara (Mali) görüşünün qalibi ilə üz-üzə gələcək.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
07 OKTYABR 2026
Bütün Xəbərlər