Milyonluq təkliflər rədd edildi: Niderlandlı ulduz komandada qalır!

Milyonluq təkliflər rədd edildi: Niderlandlı ulduz komandada qalır!
03.09.2026 15:51 İdman

"Liverpul" klubunun baş məşqçisi Andoni Iraola yarımmüdafiəçi Kodi Qakpo haqqında fikirlərini bölüşüb.

TodayPress TV xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

Bildirilir ki, Qakponun "Mançester Siti" və ya "Tottenhem"ə keçə biləcəyi deyilsə də, "Liverpul" rəhbərliyi futbolçu ilə yolları ayırmamaq qərarına gəlib.

"Kodi çox ağıllı oyunçudur. Düşünürəm ki, onunla münasibətimiz ilk gündən çox səmimi olub. O, mövsümöncəsi bütün yoxlama oyunlarında və rəsmi matçlarda özünü mükəmməl tərəfdən göstərdi. İlk oyunda qol vurdu, növbəti matçda isə məhsuldar ötürmə etdi.

Qakpo, transfer bazarındakı vəziyyətdən həmişə xəbərdar idi, çünki daim ünsiyyətdə idik. Kodi məşqlərdə çox yaxşı təsir bağışlayır və ümid edirəm ki, onun bu səviyyəsini qoruyub saxlaya biləcəyik. Əminəm ki, belə də olacaq. İndi onun fiziki və psixoloji cəhətdən əla formada olduğunu düşünürəm. Kodinin komandada qalmasına çox şadam, çünki o, mənim üçün çox dəyərli oyunçudur", — deyə Iraola bildirib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
03 SENTYABR 2026
Bütün Xəbərlər