Millimizin oyunçusu üç ay futbol oynamayacaq
Azərbaycan millisinin və “Araz-Naxçıvan” klubunun futbolçusu Rahil Məmmədov ciddi zədə səbəbindən əməliyyat olunacaq.
TodayPress TV xəbər verir ki, bu barədə İdman.Biz saytı məlumat yayıb.
Bildirilib ki, AFFA-nın və futbolçunun ortaq qərarı ilə əməliyyat planlaşdırılır. Rahil Məmmədov ən azı üç ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, müdafiəçi Ukrayna millisinə qarşı DÇ-2026-nın seçmə mərhələsinin oyunundan əvvəl, məşq zamanı zədələnib.
Namiq HUN