Millimiz Skopyedə ikincidir

Millimiz Skopyedə ikincidir
28.06.2025 12:56 İdman

Azərbaycan cüdo millisi Şimali Makedoniyada keçirilən kadetlər arasında Avropa çempionatında ümumi hesabda ikincidir.

TodayPress TV xəbər verir ki, komandamızın hesabında 3 qızıl, 1 gümüş və 2 bürünc medal var.

Skopye turnirində Anar Quliyev (50 kq), Rəsul Əlizadə (55 kq) və Zeyd Ələsgərov (60 kq) çempion, Nərmin Ağamirzəzadə (48 kq) gümüş, Gülşən Hüseynova (44 kq) və Leyla Ələkbərova (48 kq) isə bürünc mükafatçı olublar.

Qeyd edək ki, birinci pilləni Beynəlxalq Cüdo Federasiyasının bayrağı altında çıxış edən idmançılar (4-1-5) nəzarətdə saxlayır. İlk üçlüyü Türkiyə komandası (1-3-0) təşkil edir.

Namiq HUN

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər