Milli üzvü Polşa klubu ilə vidalaşdı
Azərbaycan millisinin futbolçusu Renat Dadaşov Polşanın “Radomyak” klubundan ayrılıb.
TodayPress TV xəbər verir ki, hücumçu bu barədə şəxsi instaqram hesabında paylaşım edib.
"Təşəkkürlər, “Radomyak”. Klub üçün ən yaxşısını arzulayıram. Birlikdə möhtəşəm vaxt keçirdik", - deyə forvard bildirib.
Qeyd edək ki, Renat Dadaşov bu ilin fevralında Polşanın “Radomyak” komandasına keçib. O, Polşa təmsilçisində 2 qola imza atıb.
Namiq HUN