Messinin qayıdış tarixinin arxa planı

İdman

25.11.2025 09:38

Argentinalı futbol ulduzunun “Barselona”ya qayıdışı son anda niyə dağıldı? Yeni detallar üzə çıxıb. 

TodayPress TV xəbər verir ki, Sport.es jurnalisti David Bernabeu 2023-cü ilin yayında Lionel Messinin PSJ-dən “Barselona”ya qayıdışının baş tutmamasına dair tam mənzərəni açıqlayıb.

Bildirilir ki, anlaşma demək olar ki, hazır idi: 

La Liqa ilkin olaraq əməliyyata razılıq vermişdi, Xavi idman layihəsini təsdiqləmişdi və klub artıq argentinalı futbolçu üçün müqavilə hazırlamışdı. 

Messi Xaviyə bildirib ki, “Kamp Nou”ya qayıtmaq istəyir və komandada yeni rolu qəbul etməyə hazırdır.

Lakin bir neçə gün sonra hər şey kəskin dəyişib. Xorxe Messinin klub rəhbərliyi ilə görüşündən sonra məlum olub ki, La Liqa müqavilənin qeydiyyatına son icazəni verə bilmir - klubun maliyyə vəziyyəti əməliyyatın tam başa çatmasına imkan vermirdi.

Nəticədə “Barselona” prosesi dayandırmağa məcbur olub və gələcəklə bağlı qeyri-müəyyənlik Messini “İnter Mayami”yə keçməyə sövq edib.

Namiq HUN

TodayPress TV

tag: Messi,Barselona,İnter Mayami,Klub,Todaypress.tv,