Messi üçün “Barselona” qapıları yenidən açılır
İdman
27.12.2025 09:16
Lionel Messi futbolçu kimi deyil, fərqli statusda “Barselona”ya qayıda bilər.
TodayPress TV "El Nacional" nəşrinə istinadən xəbər verir ki, Kataloniya klubu argentinalı ulduzu karyerasını başa vurduqdan sonra rəhbərlikdə çalışmağa cəlb etməyi müzakirə edir.
Xatırladaq ki, Messi 2003–2021-ci illər arasında 17 il “Barselona”nın formasını geyinərək klubun əfsanəsinə çevrilib. Bu müddətdə o, 778 oyunda 672 qol vurub və 35 titul qazanıb. Onun kolleksiyasında La Liqanın 10, Çempionlar Liqasının isə 4 qalibiyyəti var.
Hazırda Lionel Messi karyerasını ABŞ-nin “İnter Mayami” klubunda davam etdirir. Bu yaxınlarda klubla müqaviləsini uzadan Leonun 2026-cı ildə keçiriləcək dünya çempionatında iştirak edib-etməyəcəyi isə hələlik sual altındadır.
Namiq HUN
tag: Messi,Barselona,Rəhbərlik,İnter Mayami,Todaypress.tv,
