Məşqçi turnirdə öz oğlunu döydü

Məşqçi turnirdə öz oğlunu döydü
08.12.2025 16:10 İdman

Rusiya Stolüstü Tennis Federasiyası Sverdlovsk vilayətindən olan məşqçini altı ay müddətinə diskvalifikasiya edib.

TodayPress TV “TASS”a istinadən xəbər verir ki, məşqçinin idmançıya hücum etdiyi hadisə Aleksandr Zaxarov Kuboku turnirində baş verib.

Görüşdə rəqibinə uduzan 11 yaşlı stolüstü tennisçi məşqçisi tərəfindən yumruq zərbəsi alıb. Hadisəni törədən məşqçi zərərçəkən idmançının atası olub. Məşqçi davranışına görə dərhal yarışdan uzaqlaşdırılıb.

Rusiya Stolüstü Tennis Federasiyasının İdman İntizam Komissiyası məşqçini 6 ay idmandan kənarlaşdırıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər