Məğlubiyyəti kişi kimi qəbul etdi: Pimblettdən Getciyə böyük hörmət
İdman
28.01.2026 10:32
“Heç bir bəhanə yoxdur, güclü olan qalib gəldi”.
TodayPress TV xəbər verir ki, UFC-nin yüngül çəki dərəcəsində (70 kq-a qədər) çıxış edən britaniyalı döyüşçüsü Peddi Pimblett Las-Veqasda baş tutan UFC 324 turnirində amerikalı Castin Getciyə məğlub olduqdan sonra sosial şəbəkələrdə paylaşım edib.
Pimblett döyüşdən sonra vəziyyətinin yaxşı olduğunu bildirib və rəqibini təbrik edib:
“Ümid edirəm ki, döyüş hər kəsin xoşuna gəldi. Mənim də çox xoşuma gəldi. Məni arenada dəstəkləyən, evdən izləyən hər kəsə təşəkkür edirəm. Özümü yaxşı hiss edirəm, heç bir zədəm yoxdur. Döyüşə əla hazırlıqla çıxmışdım, düşərgəm möhtəşəm keçdi, çəki salma prosesi də problemsiz oldu. Heç bir bəhanə yoxdur - güclü olan qalib gəldi.
Castin Getci, səni təbrik edirəm, qardaş. Belə bir əfsanə ilə eyni qəfəsi bölüşmək mənim üçün şərəf idi. Get və titulu qazan - karyeran buna layiqdir”.
Namiq HUN
tag: Peddi Pimblett,UFC 324,Castin Getci,Döyüş,Todaypress.tv,
