Mayamidə maraqlı səhnə – futbol və F1 birləşdi!

Mayamidə maraqlı səhnə – futbol və F1 birləşdi!
01.05.2026 14:18 İdman

Luis Suares ABŞ-də keçirilən Mayami Grand Prisi çərçivəsində paddoka baş çəkib və Şarl Lekler ilə görüşüb.

TodayPress TV xəbər verir ki, “Inter Mayami” klubunun hücumçusu ilə “Ferrari” pilotu arasında maraqlı anlar yaşanıb. Onlar üzərində imzaları olan butsa və ayaqqabılarını dəyişiblər, daha sonra isə açıq havada top qovublar.

Qeyd olunur ki, Suaresin bu səfəri şəxsi kommersiya xarakteri daşıyıb və klub fəaliyyəti ilə bağlı olmayıb.

ABŞ-də keçirilən yarış mayın 1-dən 3-dək davam edəcək və bu, təqvimdəki bir aylıq fasilədən sonra ilk mərhələdir. Fasilə Bəhreyn və Səudiyyə Ərəbistanında müşahidə olunan qeyri-sabit geosiyasi vəziyyətlə bağlı yaranmışdı.

Xatırladaq ki, Şarl Lekler “Formula-1” tarixində Monakonu təmsil edən  azsaylı pilotlardan biridir və 2018-ci ildən bəri səkkiz Qran-pri qələbəsi qazanıb.

Namiq HUN

TodayPress TV

FOTOLAR

Mayamidə maraqlı səhnə – futbol və F1 birləşdi! — 1
Mayamidə maraqlı səhnə – futbol və F1 birləşdi! — 2
Mayamidə maraqlı səhnə – futbol və F1 birləşdi! — 3
XƏBƏR LENTİ
17 IYUN 2026
Bütün Xəbərlər