Martin O'Nillə bağlı üzücü xəbər açıqlandı

Martin O'Nillə bağlı üzücü xəbər açıqlandı
07.08.2026 09:30 İdman

Şotlandiyanın "Seltik" klubunun baş məşqçisi Martin O'Nill kiçik tibbi prosedurdan sonra xəstəxanaya yerləşdirilib.

TodayPress TV xəbər verir ki, klubun rəsmi açıqlamasında azarkeşlərə göstərdikləri dəstək və xoş arzulara görə təşəkkür edilib. 

"Seltik" 74 yaşlı mütəxəssisin xəstəxanada olduğunu təsdiqləsə də, baş verən hadisənin təfərrüatlarını açıqlamayıb.

Bildirilib ki, O'Nillin yaxın bir neçə gün ərzində komandanın baş məşqçisi vəzifəsinə qayıdacağı gözlənilir.

Qeyd edək ki, Martin O'Nill bu ilin iyun ayının əvvəlində "Seltik"in baş məşqçisi təyin olunub və onunla "1+1" illik müqavilə imzalanıb. 

Təcrübəli çalışdırıcı ötən mövsüm komandanı çempionluq və Şotlandiya Kuboku zəfərinə daşıyaraq "qızıl dubl" qazandırmışdı. 

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
07 AVQUST 2026
Bütün Xəbərlər