Maqnus Karlsen altıncı dəfə rapid üzrə dünya çempionu oldu

Maqnus Karlsen altıncı dəfə rapid üzrə dünya çempionu oldu
28.12.2025 23:20 İdman

Norveçli şahmatçı, qrossmeyster Maqnus Karlsen Qətərin paytaxtı Doha şəhərində keçirilən rapid üzrə dünya çempionatının qalibi olub.

TodayPress TV xəbər verir ki, Maqnus Karlsen 13 raundda 10.5 xal toplayaraq turniri birinci pillədə başa vurub.

Rusiyalı qrossmeyster Vladislav Artyomov 9.5 xalla ikinci yeri tutub.

Qeyd edək ki, bu qələbə Maqnus Karlsenin rapid üzrə dünya çempionatlarında altıncı tituludur. Norveçli qrossmeyster bundan əvvəl 2014, 2015, 2019, 2022 və 2023-cü illərdə də dünya çempionu olub.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər