Manuel Noyer yeni rekorda imza atdı

Manuel Noyer yeni rekorda imza atdı
19.10.2025 17:58 İdman

Almaniyanın "Bavariya" klubunun qapıçısı Manuel Noyer Bundesliqada yeni rekorda imza atıb.

TodayPress TV xəbər verir ki, o, bu uğura Bundesliqasının VII turunda "Borussiya"ya 2:1 hesabı ilə qalib gəldikləri matçda nail olub.

Təcrübəli qolkiper ölkə çempionatında qazandığı 363-cü qələbə ilə sabiq komanda yoldaşı Tomas Müllerin (362) göstəricisini geridə qoyub.

Beləliklə, 39 yaşlı Noyer Bundesliqa tarixində ən çox qələbə qazanan futbolçu adını qazanıb. Alman qapıçı karyerası ərzində "Bavariya"nın heyətində 571, "Şalke" klubunda isə 203 oyun keçirib.

TodayPress TV

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər