"Mançester Yunayted" yeni hücumçu ilə danışıqlar aparır

"Mançester Yunayted" yeni hücumçu ilə danışıqlar aparır
28.12.2025 13:45 İdman

İngiltərə təmsilçisi "Mançester Yunayted" Mali millisinin və Fransanın "Oser" klubunun hücumçusu Lassin Sinayoko ilə danışıqlar aparır.

TodayPress TV "Africafoot"a istinadən xəbər verir ki, danışıqlar müsbət məcrada davam edir və "qırmızı şeytanlar" 26 yaşlı oyunçunu qış fasiləsində heyətinə qatmağı planlaşdırır.

Forvardın Liqa 1 kollektivi ilə müqaviləsinin müddəti yayda başa çatacaq.

Qeyd edək ki, Sinayoko bu mövsüm "Oser"in heyətində 16 oyunda meydana çıxıb, altı qol vurub və iki məhsuldar ötürmə edib. "Transfermarkt" portalı onun bazar dəyərini 7 milyon avro qiymətləndirir.

TodayPress TV


XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər