Madrid nəhəngi qərar astanasında – kim gələcək?
İdman
18.04.2026 09:15
“Real Madrid” klubunun baş məşqçi postuna iki əsas namizəd açıqlanıb.
TodayPress TV xəbər verir ki, bu barədə “L’Équipe” nəşri məlumat yayıb.
Bildirilib ki, “kral klubu” hazırkı baş məşqçi Alvaro Arbeloa ilə yollarını ayıracağı halda Massimiliano Alleqri və Maurisio Poçettinonun namizədliyini nəzərdən keçirəcək.
Arbeloanın mövqeyi komandanın qeyri-sabit çıxışına görə zəifləyib. Klub UEFA Çempionlar Liqası turnirindən erkən ayrılıb və La Liga çempionluğu uğrunda mübarizədə də geri qalır.
Mənbənin məlumatına əsasən, hazırda “Milan” klubunu çalışdıran Alleqri və ABŞ yığma komandasına rəhbərlik edən Poçettino əsas prioritetlərdir.
Xatırladaq ki, Madrid klubu daha əvvəl Didye Deşamın namizədliyini də nəzərdən keçirmişdi. Fransalı mütəxəssis dünya çempionatı başa çatdıqdan sonra Fransa yığma komandası ilə vidalaşacaq.
Namiq HUN
tag: Real Madrid,Alvaro Arbeloa,UEFA,ÇL,Todaypress.tv,
