Luis Suares rekordu təkrarladı
İdman
24.11.2025 13:52
Kolumbiya millisinin futbolçusu Luis Suares dünya çempionatının seçmə mərhələsində tarix yazıb.
TodayPress TV xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) məlumat yayıb.
Hücumçu komandasının Venesuelaya (6:3) qalib gəldiyi matçda 4 qol vuraraq son 14 ildə Cənubi Amerika millilərində “poker” edən ilk futbolçu olub.
Daha əvvəl bu göstəriciyə Uruqvay yığmasının üzvü Luis Suares 2011-ci ildə Çili ilə matçda nail olub.
Qeyd edək ki, kolumbiyalı Luis Suares bu oyunadək milli karyerasında fərqlənməyib. Hazırda o, Cənubi Amerika zonası üzrə seçmə mərhələ oyunları tarixində “poker” edən 6-cı futbolçudur. Turnirin rekordçusu isə 1997-ci ildə Venesuela ilə görüşdə 5 qol vuran çilili İvan Samoranodur.
Namiq HUN
tag: Luis Suares,Rekord,Kolumbiya,Futbol,Todaypress.tv,
