“Leykers”in ikinci lideri sıradan çıxdı

İdman

27.12.2025 09:43

“Los-Anceles Leykers” hücumçusu və komandanın əsas liderlərindən biri olan Ostin Rivz sol ayağının baldır əzələsindən aldığı zədə səbəbindən minimum dörd həftə basketbol meydanlarından kənarda qalacaq. 

TodayPress TV xəbər verir ki, bu barədə ESPN-in jurnalisti və insayderi Şəms Çaraniya sosial şəbəkə "X" hesabında məlumat yayıb.

Bildirilir ki, basketbolçu dörd həftə sonra yenidən tibbi müayinədən keçəcək. Məhz bundan sonra onun parketə qayıdacağı tarixlə bağlı yekun qərar veriləcək.

Qeyd edək ki, cari mövsümdə Ostin Rivz orta hesabla hər oyunda 26,6 xal toplayır ki, bu da komandada Luka Donçiçdən (33,7 xal) sonra ikinci göstəricidir. Komandanın digər ulduzu Lebron Ceyms isə orta hesabla 20,2 xalla yadda qalır.

Namiq HUN

TodayPress TV 

tag: Los-Anceles Leykers,Ostin Rivz,Basketbol,Zədə,Todaypress.tv,