Lebrondan tarixi rekord: əfsanələri bir-bir keçir!

İdman

08.12.2025 11:24

Lebron Ceyms ABŞ Milli Basketbol Assosiasiyası (NBA) tarixində müntəzəm çempionatda qələbə sayına görə 2-ci yerə yüksəlib (1015).

TodayPress TV xəbər verir ki, o, bu göstəriciyə “Los-Anceles Leykers”in səfərdə “Filadelfiya” üzərində (108:112) qələbəsi sayəsində nail olub. 

NBA-nın mətbuat xidməti Ceymsi bu nailiyyət münasibətilə təbrik edib. “Los-Anceles Leykers”in lideri qazanılan qələbələrin sayında veteran basketbolçu, “Boston Seltiks”in əfsanəsi Robert Perişi (1014) geridə qoyub. İlk pilləni Karim Əbdul-Cabbar (1074) nəzarətdə saxlayır. 

NBA müntəzəm çempionatında ən çox qələbə qazanan TOP-10 oyunçu:

1. Karim Əbdul-Cabbar – 1074

2. Lebron Ceyms – 1015

3. Robert Periş – 1014

4. Tim Dankan – 1001

5. Con Stokton – 953

6. Karl Meloun – 952

7. Dirk Novitski – 916

8. Toni Parker – 892

9. Kris Pol – 855

10. Derek Fisher – 853

Namiq HUN

TodayPress TV

tag: Lebron Ceyms,Los Anceles Leykers,NBA,Karyera,Todaypress.tv,