Lebron: Məğlubiyyət mənimlə başladı!
İdman
27.04.2026 17:16
Lebron Ceyms “Los-Anceles Leykers”in “Hyuston Rokets”ə 96:115 hesabı ilə uduzduğu oyundan sonra məğlubiyyətin səbəbini açıqlayıb.
TodayPress TV xəbər verir ki, o, bu barədə “Heavy” portalına danışıb.
Ulduz basketbolçu NBA pley-off seriyasının dördüncü matçından sonra əsas problemin top itkiləri olduğunu bildirib və məsuliyyətin bir hissəsini öz üzərinə götürüb.
“Bir neçə top itkimiz oldu. Hər şey məndən başladı, açıq-aşkar. Mənim top itkilərim qəbuledilməz idi. Problem müdafiədə deyildi. Problem hücumda idi. Bunu seriya başlamazdan əvvəl də bilirdik. Əgər qalib gəlmək istəyiriksə, topu qorumalıyıq.
Xeyr, yorğunluq məğlubiyyətin səbəbi deyildi. Hər şey həmişəki kimidir: yuxu, soyuq vanna, buz, bərpa prosesi. Mənim üçün heç nə dəyişməyib. Seriya bitənə qədər rahatlaşa bilmərik, heç birimiz belə düşünmürük”, – deyə Lebron bildirib.
Qeyd edək ki, Lebron oyunu 10 xal, 9 məhsuldar ötürmə və 8 top itkisi ilə başa vurub.
“Leykers” isə matç ərzində ümumilikdə 23 top itkisinə yol verib və bunun nəticəsində “Rokets” 30 xal qazanıb.
Namiq HUN
tag: Lebron Ceyms,Los-Anceles Leykers,Hyuston Rokets,NBA,Todaypress.tv,
