Leau üçün yeni yarış: “Fənərbağça” da sıraya qoşuldu

Leau üçün yeni yarış: “Fənərbağça” da sıraya qoşuldu
28.07.2026 11:06 İdman

“Fənərbağça” klubu “Milan”da çıxış edən portuqaliyalı hücumçu Rafael Leaunu heyətinə qatmaq niyyətindədir.

TodayPress TV xəbər verir ki, bu barədə tanınmış jurnalist və insayder Fabrizio Romano sosial şəbəkə hesabında paylaşım edib.

Bildirilir ki, “Milan” futbolçunu icarəyə göndərmək variantını nəzərdən keçirmir. Bununla belə, klub Leaunun birdəfəlik satışı ilə bağlı təklifləri müzakirə etməyə hazırdır.

Daha əvvəl Rafael Leau uğrunda mübarizədə “Fənərbağça”nın əsas rəqiblərinin Türkiyənin digər nəhəngləri – “Beşiktaş” və “Qalatasaray” olduğu bildirilmişdi.

Qeyd edək ki, 26 yaşlı vinger 2019-cu ildən “Milan”ın formasını geyinir. O, Milan təmsilçisinin heyətində keçirdiyi 291 oyunda 80 qol vurub, 65 məhsuldar ötürmə edib. Futbolçunun komandası ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.

Transfermarkt portalında Rafael Leaunun bazar dəyəri 50 milyon avro qiymətləndirilir. O, 2026-cı il dünya çempionatında Portuqaliya millisinin heyətində beş oyunda iştirak edib, bir qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
28 IYUL 2026
Bütün Xəbərlər