“Kristal Pelas”ın yetirməsi Azərbaycanda
İngiltərəli Kil Spens yeni mövsümü Azərbaycanda keçirəcək.
TodayPress TV xəbər verir ki, 28 yaşlı futbolçu “Karvan” klubu ilə anlaşıb.
Vinger 16 ildən sonra Premyer Liqaya dönən Yevlax təmsilçisi ilə 1 illik müqavilə imzalayıb.
“Kristal Pelas”ın yetirməsi yaxın günlərdə ölkəmizə təşrif buyuracaq.
“Karvan” onun karyerasında 14-cu komanda olacaq. Spens daha əvvəl ölkəsi ilə yanaşı, Norveç, Litva, Almaniya və İspaniyada oynayıb.
O, son olaraq Şimali İrlandiyada “Kolerayn” klubunun formasını geyinib.
(Sportinfo.az)
Namiq HUN