“Kral klubu”nun yeni hədəfləri açıqlandı

İdman

27.12.2025 09:30

Madridin “Real” klubu heyəti növbəti yay mövsümünə qədər gücləndirmək məqsədilə mərkəz müdafiəçiləri bazarını araşdırır. 

TodayPress TV xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Bildirilir ki, “kral klubu” “Liverpul”dan İbraima Konate, “Bavariya”dan Dayo Upamekano və “Kristal Pelas”dan Mark Gehi variantlarını nəzərdən keçirməmək qərarına gəlib. 

Bunun əvəzinə madridlilər diqqətlərini Dortmund “Borussiya”sında çıxış edən Niko Şlotterbek, eləcə də “Renn” klubunun müdafiəçisi Jeremi Jakenin üzərində cəmləyiblər.

“Real”, həmçinin klub akademiyasının futbolçularının inkişafını da yaxından izləməyə davam edir. Xüsusilə “Kastilya”da oynayan Xoan Martines və hazırda “Komo”ya məxsus olan Hakobo Ramonun performansı diqqət mərkəzindədir. Sonuncunun müqaviləsində təxminən 8 milyon avro qarşılığında gələn yay aktivləşdirilə bilən satınalma opsiyası mövcuddur.

Namiq HUN

TodayPress TV

tag: Real,Liverpul,Bavariya,Müdafiəçi,Todaypress.tv,