Klublararası DÇ: Renato Payva postunu tərk etdi
Braziliyanın “Botafoqo” klubu baş məşqçisi Renato Payva ilə yollarını ayırıb.
TodayPress TV klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, mütəxəssis klublararası dünya çempionatının pley-off mərhələsində Braziliya A Seriyasının digər təmsilçisi “Palmeyras”a məğlubiyyətdən sonra postunu tərk edib.
Qeyd edək ki, Payva 2025-ci ilin fevralından “Botafoqo”nu çalışdırırdı.
Namiq HUN