Kifayət Mustafayevaya UEFA-dan mühüm təyinat

Kifayət Mustafayevaya UEFA-dan mühüm təyinat
08.10.2026 21:30 İdman

AFFA-nın Sosial və Ətraf Mühit Dayanıqlığı şöbəsinin rəhbəri Kifayət Mustafayeva UEFA-dan növbəti təyinat alıb.

TodayPress TV xəbər verir ki, o, 2027-ci ildə keçiriləcək qadınlar arasında futbol üzrə dünya çempionatının seçmə mərhələsinin pley-offunun I raundunda Albaniya – Uels oyununda UEFA nümayəndəsi olacaq.

Qarşılaşma oktyabrın 9-da Albaniyanın Şkoder şəhərindəki “Loro Boriçi” stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

XƏBƏR LENTİ
08 OKTYABR 2026
Bütün Xəbərlər