“Kəpəz” mövsümdə ilk qələbəsini qazandı
Premyer Liqanın VIII turunda “Şamaxı” “Kəpəz”i qəbul edib.
TodayPress TV xəbər verir ki, milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranan 12 günlük fasilə Gəncə təmsilçisinə düşərli olub.
“Şamaxı” – “Kəpəz” görüşü qonaqların 4:1 hesablı qələbəsi ilə başa çatıb. “Kəpəz” cari mövsümdə ilk qələbəsini Fərid Nəbiyevlə Luis Paçunun dublları ilə qazanıb.
Qeyd edək ki, “Kəpəz” bunadək Premyer Liqada keçirdiyi 7 oyunun hamısında məğlub olub.
Namiq HUN