"Kəpəz” gürcüstanlı futbolçunu transfer etdi

"Kəpəz” gürcüstanlı futbolçunu transfer etdi
22.07.2025 21:55 İdman

Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən “Kəpəz” daha bir futbolçu ilə güclənib.

Klubdan TodayPress TV-ə bildirilib ki, gürcüstanlı Otar Aptsiauri Gəncə təmsilçisinin şərəfini qoruyacaq. 23 yaşlı oyunçu ilə 1 illik müqavilə imzalanıb.

Yarımmüdafiəçi mövqeyində çıxış edən futbolçu karyerasında ilk dəfə legioner həyatı yaşayır. Onun son klubu vətənində "Dinamo" Tbilisi olub.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər