Keçmiş UFC döyüşçüsündən Mahaçevə ağır sözlər: “Səviyyə aşağıdır!”

Keçmiş UFC döyüşçüsündən Mahaçevə ağır sözlər: “Səviyyə aşağıdır!”
14.08.2026 15:56 İdman

Keçmiş UFC döyüşçüsü Brendan Şaub hazırda yarımorta çəki divizionunun UFC çempionu olan İslam Mahaçevin təşkilat tarixinin ən böyük döyüşçülərindən biri hesab edilməsinə qarşı çıxıb.

TodayPress TV xəbər verir ki, Şaub fikrini Mahaçevin qələbə qazandığı rəqiblərin səviyyəsi ilə əsaslandırıb.

“Onun rekorduna əsasən, onu ən böyük döyüşçü adlandırmaq çətin olardı. Mən İslamın düşməni deyiləm, sadəcə qələbə siyahısına nəzər salaq. Yarımorta çəkidə ilk qələbəsi Cey-Di Della Maddalena üzərində oldu. Hazırda Della Maddalenanın vəziyyəti necədir? İslam 2024-cü ildə Renato Moykano və Dastin Puaryeni məğlub etdi. Daha sonra Aleksandr Volkanovski ilə döyüşdü. O, əslində yüngül çəkinin təbii nümayəndəsi deyildi və ilk döyüşdə İslam müəyyən çətinliklər yaşadı”, – Şaub bildirib.

Keçmiş döyüşçü Çarlz Oliveyranı Mahaçevin ən yaxşı qələbəsi hesab etdiyini də vurğulayıb. Onun sözlərinə görə, bu qələbənin 2022-ci ildə əldə edilməsi də nəzərə alınmalıdır.

Şaub Mahaçevin rəqiblərinin səviyyəsini kifayət qədər yüksək hesab etmədiyini bildirib: 

“Mən onu ilk 10-luğa daxil etmirəm. Mən İslamı tənqid etmək üçün danışmıram, sadəcə rəqiblərinin səviyyəsi kifayət qədər yüksək olmayıb. Onun qələbə siyahısı çox zəifdir. Bu, Həbib üçün də problemdir”.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
14 AVQUST 2026
Bütün Xəbərlər