Kata üzrə Azərbaycan çempionatının qalibləri açıqlandı
İdman
29.12.2025 11:16
Cüdoçular arasında kata üzrə Azərbaycan çempionatı və birinciliyi keçirilib.
TodayPress TV Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, turnir Abşeron Olimpiya İdman Kompleksində baş tutub. Yarış böyüklər, gənclər və yeniyetmələr arasında təşkil olunub.
Çempionat Beynəlxalq Cüdo Federasiyasının (IJF) kata qaydalarına və hakimlik standartlarına uyğun şəkildə keçirilib.
Yeniyetmələr
I yer
Sadiq Abdullayev (Tori)
Rəcəb Əkbərov (Uke)
II yer
Səttar Nurullayev (Tori)
Zaur Nəzirov (Uke)
III yer
Nihat Camalov (Tori)
Rüstəm Məmmədov (Uke)
Gənclər
I yer
Famil Əsədov (Tori)
Yusif Əhmədov (Uke)
II yer
Mirəbdülrəhim Abdullazadə (Tori)
Zidan Bəşirov (Uke)
III yer
Rəsul Əmirzadə (Tori)
Tahir Bünyadov (Uke)
Böyüklər
I yer
Çingiz Əhmədov (Tori)
Seymur Məcidli (Uke)
II yer
Rahim Aslanov (Tori)
Yusif Əliyev (Uke)
III yer
Natiq Qurbanlı (Tori)
Elçin Mayılov (Uke)
Namiq HUN
tag: Cüdo,Kata,Yarış,Qalib,Todaypress.tv,
