Karrinin gələcəyi ilə bağlı iddialara son nöqtə qoyuldu

Karrinin gələcəyi ilə bağlı iddialara son nöqtə qoyuldu
28.07.2026 12:38 İdman

İnsayder Şems Çaraniya NBA ulduzu Stiven Karrinin “Qolden Steyt Uorriors”dakı gələcəyi ilə bağlı fikirlərini bölüşüb.

TodayPress TV xəbər verir ki, o, Karrinin klubdan ayrılmaq istədiyi barədə onda heç bir təəssürat yaranmadığını bildirib: 

“Stiven Karrinin “Qolden Steyt”dən getmək istədiyini düşünmürəm. Ancaq hazırda bu komanda yol ayrıcındadır. Onlar müəyyən mənada yerində sayırlar”.

Qeyd edək ki, Karri son 10 ildə fasiləsiz olaraq NBA-nın ən yüksək maaş alan basketbolçusu olub. Liqa tarixində heç bir basketbolçu bu qədər uzun müddət maliyyə baxımından liderliyini qoruya bilməyib.

Onun illik qazancı 2017/2018-ci illər mövsümündə 34,7 milyon ABŞ dolları olduğu halda, 8 mövsüm sonra bu rəqəm 62,6 milyon ABŞ dollarına yüksəlib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
28 IYUL 2026
Bütün Xəbərlər